Əlaqə Arxiv
news Image
2016.06.24
16:40
| A A A
Xəstənin sağlam ayağını kəsən həkim: "Mexaniki səhv olaraq sol ayaq əvəzinə sağ ayaq kəsmişəm"

Həkim xəstənin sol ayağı əvəzinə səhvən sağ ayağını kəsdiyini etiraf edib.Movqe.az xəbər verir ki, əməliyyatı həyata keçirən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov apa-ya açıqlamasında deyib ki, xəstənin hər iki ayağı ateroskleroz fonda xroniki işemiya, 4-cü dərəcədə olub, 87 yaşlı qadının heç bir ayağına qan gəlmir, proses var: "Sol ayaqda proses daha çox, sağ ayaqda isə azdır. İki ayaqdan biri - sol ayağı daha tez kəsilməli idi. Xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat olunub. Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib. Onsuz da xəstənin sol ayağı da kəsilməlidir. Xəstənin övladlarını da başa salmışam ki, onun ayaqları yox kimi bir şeydir. Hara getsələr də, o xəstəni qəbul etməyiblər. Lakin bizdə əməliyyat olunmasına razılıq verdik. Yekunda belə oldu. Daha çox proses olan sol ayaq əvəzinə sağ ayaq kəsilib. Lakin onun ayaqlarının hər ikisində proses var və ayaqlarının hər ikisi kəsilməlidir".

Sizin Reklam Yeriniz