Əlaqə Arxiv
news Image
2016.06.24
17:30
| A A A
Tərtərdə "Qrad" raketinin hissəsi tapılıb (FOTO)

Tərtər rayonunda "Qrad" raketinin hissəsi aşkar edilib.


Bu barədə Movqe.az-a  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.


Tərtər rayonu


Cəmilli kəndi – 1 fermada 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.


Füzuli rayonu


Horadiz kəndi – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 2780 kv.m ərazi yoxlanılıb.


İyunun 24-də 1 ferma, 3 əkin sahəsi, 8 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 10 780 kv.m ərazi təmizlənib.

Sizin Reklam Yeriniz