news Image
2016.06.25
11:17
| A A A
İRƏLİ “Region Gənclərinin Əməkdaşlığı”mövzusunda Forum başladı

"İRƏLİ" İctimai Birliyi, "Regional İnkişaf İctimai Birliyi" tərəfindən və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) dəstəyi ilə2016-cı il Avropanın Paytaxtı Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsinə start verildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən Forumda Azərbaycanın 15 regionundan 100–ə yaxın gəncləriştirak ediblər.

"İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir.Bu və bunun kimi layihələr Azərbaycan gəncliyinin ictimai-siyasi, birgə inkişaf fəaliyyəti üçün olduqca əhəmiyyətlidir.

Layihənin əsas məqsədi , "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinə dəstək olmaq, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində istifadəyə verilən "Gənclər Ev"ləri və "Gənclər Mərkəz"ləri yerləşənregionlarda,bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

Layihənin birinci günündə Vüsal Quliyev, Elnur Rzayev və Fərhad Hacıyevin iştirakı ilə Azərbaycan Dövlət Gənclər Siyasəti mövzusu müzakirə edilmişdir.

Layihənin birinci hissəsində "İctimai vəkillik" və "Beynəlxalq arenada iştirakçılıq" mövzularında müzakirələr keçirilməsi nəzərdə tutulmuşdur.

Layihə benefisiarlarının 2016-ci il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə xüsusi tədbirlər planı ilə iştirakı planlaşdırılmışdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs