Əlaqə Arxiv
news Image
2016.06.25
14:30
| A A A
ADU-da "Brand Training" təlimi keçirilib

İyun ayının 19-da Azərbaycan Dillər Universitetinin böyük akt zalında Plus Group tərəfindən respublikanın PR və Marketinq sahəsində ixtisaslaşmış təlimçiləri "Brand Training" təlimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Plus Group şirkətinin nümayəndəsi Daşqın Abdullayev hər kəsi salamlayıb və Plus Group şirkəti haqqında məlumat verib. Sonra söz sözügedən şirkətin rəhbəri Mikayıl Mirzəzadəyə verilib. Mikayıl bəy şirkət haqqında ətraflı məlumat verərək hazırda gündəmdə aktual sahələr olan PR və Marketing sahələrini əhatə edəcək təlimə gələnlərə təşəkkür edib.

Daha sonra digər şirkət rəhbərləri Emin Quliyev öz şirkətləri və mövzu haqqında dəyərli fikirlərini tədbir iştirakçıları ilə paylaşıblar.

Tədbirin təlim hissəsini 189 Taxi, From.ae və Camex.az şirkətlərinin marketinq rəhbəri Samir Kərimov açdı. Samir bəy öz təcrübəsi dairəsində brend, brendinq məfhumlarını izah edərək, brend şirkətlərdən biri olan 189 Taxi xidməti, bu şirkətin yaranması və fəaliyyəti haqqında ətraflı danışaraq marketinq sahəsində qazandığı uğurlarından danışıb.

Təlimin ikinci hissəsini ölkənin ən aktiv PR mütəxəssislərindən biri olan, həmçinin PR akademiya şirkətinin rəhbəri Nuranə Ağazadə idarə edib və maraqlı üsullarla reklam işini necə həyata keçirməyin yollarından danışıb. PR menecment sözünün izahını beynəlxalq müstəvidə qeyd edən təlimçi Azərbaycanda brend şirkətlərin asan yollarla deyil, çətin reklam işinə girişdiklərini, buna görə də yaxşı reklam olunmadıqlarını təlim iştiraşçılarının nəzərinə çatdırıb. Sonda təlimçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Təlimdə informasiya dəstəkçisi kimi Movqe.az portalı , həmçinin bir sıra internet portalları da iştirak edib.

Sizin Reklam Yeriniz