Əlaqə Arxiv
news Image
2016.06.27
16:00
| A A A
Sabah hava daha da isti olacaq

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 20-24°, gündüz 30-35° isti olacağı gözlənilir.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı ehtimalı var.


İyunun 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.


Temperaturun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz