Əlaqə Arxiv
news Image
2016.06.28
09:52
| A A A
Livanda növbəti dəfə silsilə partlayışlar törədilib, yaralananlar var

Livanda növbəti dəfə silsilə partlayışlar törədilib.

 

Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iyunun 27-də axşam saatlarında əl-Kaa şəhərində bir-birinin ardınca üç partlayış baş verib.

 

Terrorçu-kamikadzelər özlərini xristian kilsəsi və şəhər meriyasının önündə partladıblar. Bundan əvvəl isə əl-Kaada baş verən dörd partlayış nəticəsində 6 nəfər ölmüş, 4-ü hərbçilər olmaqla 17 nəfər xəsarət almışdı.

 

Qeyd edək ki, əl-Kaa şəhəri Livanın paytaxtı Beyrutdan 135 km aralıda yerləşir. 

Sizin Reklam Yeriniz