Əlaqə Arxiv
news Image
2016.06.25
10:07
| A A A
Suraxanı rayonunda bir küçə təmir edildi, birində isə təmir davam etdirilir - VİDEO / FOTO

Uzun müddətdir ki, təmir olunmayan küçələrin təmir edilərək vətəndaşların istifadəsinə verilməsi ilə bağlı ölkə rəhbərliyinin tövsiyyə və tapşırıqlarına əsasən Suraxanı rayonunda "Azəravtoyol" ASC tərəfindən müvafiq işlər aparılır.Bu çərçivədə Bülbülə qəsəbəsinin Ramiz Qarayev küçəsi təmir olunub. Sözügedən küçənin uzunluğu 650 metr, eni isə 7,5 metrdir. Ümumilikdə küçə boyu 4900 m2 ərazinin asfaltlanması işləri aparılıb.Daha bir küçədə isə hazırda təmir işləri davam etdirilir. Bu Hövsan qəsəbəsi Bağça küçəsidir. Küçənin uzunluğu 2100 metr, eni isə 7 metrdir.Sözügedən küçədə yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Normal hərəkətin təşkil edilməsi məqsədi ilə "Azəravtoyol" ASC rəhbərliyi tərəfindən küçənin təmir edilməsi istiqamətində müvafiq işlərin başlamasına tapşırıq verib. Təmir işləri çərçivəsində küçənin qabarmış və dağılmış asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Zəruri olan yerlərdə yol əsasının yararsız qruntu çıxarılıb, əvəzinə isə karbonat materialı tökülərək kipləşdirilib. Bu işlər 4300 m2 ərazidə aparılıb. Daha sonra yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.Hazırda küçənin asfaltlanması istiqamətində işlərə başlanılıb. Ümumilikdə küçənin 15 min m2 ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.Qeyd edək ki, işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün isə əraziyə lazımi sayda qüvvə cəlb olunub.



Sizin Reklam Yeriniz