Əlaqə Arxiv
news Image
2016.06.28
17:11
| A A A
Xızı rayonu « Altay Maralı» sanatoriya tipli sağlamlıq mərkəzinə 2 günlük - MEDİA İNFO-TANITIM TURU

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının və "Altay Maralı" sanatoriya tipli sağlamlıq mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Xızı rayonunun, Altıağac qəsəbəsinə jurnalistlər üçün Media İnfo - Tanıtım Turu təşkil edilməsi nəzərdə tutulur. Media İnfo-Tanıtım Turu çərçivəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya nümayəndələrinə Azərbaycanda turziminin tarixi və inkişaf meyilləri, prespektivləri mövzusunda dəyirmi masa arxasında seminar keçiriləcək.

Eyni zamanda seminarda, Cənab Prezident İlham Əliyevin sahibkarlığın və qeyri-neft sektorunun ən prioritet istiqaməti olan turizm sahəsinə son zamanlar ayırdığı diqqət və onun tövsiyələrinə uyğun olaraq qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirdiyi turizm sektorunda mövcud olan problemlərin müzakirəsinə də xüsusi yer ayrılacaq, bu istiqamətdə jurnalistlər maarifləndiriləcək.

Bundan başqa tur çərçivəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya nümayəndələrinin iştirakı ilə Xızı rayonunun turizm və mədəni potensialı, mövcud infrаstrukturu,əsas turizm obyektlərinin dərindən öyrənilməsi və təbliğinə də geniş yer ayrılacaqdır.

İstirakçılar:

1. Mədəniyyət və Turizm Nazirliyi-

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin və Turizm şöbəsinin nümayəndələri

2. KİV-nin nümayəndələri

3. AZTA, AHTTSA, ATMU, SKAL BAKU, AZCB nümayəndələri

4. Özəl turizm sektor nümayəndələri

5. Yerli icra hakimiyyəti və özəl sektor nümayəndələri

Rəsmi dəstək:

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

+

Təşkilati dəstək:

2. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası

BAŞ SPONSOR:

" Altay Maralı" sanatoriyatiplisağlamlıqmərkəzi

Xızı haqqında qısa məlumat:

Məsafə: 104 km.

Ərazisi: 1.67 min km2

Əhalisi: 16363 nəfər

Telefon kodu: +99423 31

Bakıdan 104 km məsafədə yumşaq və quru iqlimi olan dağ rayonu Xızı yerləşir. Burada rayonun əsas təbiət mənzərələrindən biri – qədim karvan yolunun üzərində daş ovuca bənzəyən öz maraqlı formasına görə adlandırılmış əfsanəvi Beşbarmaq dağı yerləşir. Lap zirvədə, qayaların arasında "Xızırxində" (ölməz Xızır) ziyarətgahının qalıqları durur.

Bura istənilən yolçuya tanışdır, çünki paytaxtdan Şimala doğru və geriyə yol ilə gedərkən onu yan keçmək qeyri-mümkündür və turistlər ramedilməz qalaya maraqla tamaşa edirlər. Adətən yolun bu kəsiyində aşırım təşkil etmək qəbul olunmuşdur. Avtomobildən çıxaraq, uzun yoldan sonra açılışmaq, çay içmək, kabab, mövsümündə isə bişmiş qarğıdalı yemək olar. Arzu edənlər burada yerləşən məscidə baş çəkə bilərlər.

Rayonda tarixi abidələr az deyildir. VIII əsrin ortalarında inşa edilmiş Beşbarmaq qalası. Qala rayon mərkəzindən 9 km. məsafədədir. V əsrin qədim şəhərinin xarabalıqları 8 km., Alaşirin kəndində Şeyx Heydərin məqbərəsi isə rayon mərkəzindən 5 km. məsafədədir.

Xızı rayonunda Azərbaycanın gözəl guşələrindən biri olan Altıağac qoruğu yerləşir. Bura həm də "Cənnət bağı" adlandırılır. Qoruq ərazisinin 90%-ni meşələr tutur və o Böyük Qafqazın cənub-şərq yamaclarında eroziya proseslərinin qarşısının alınması və nadir heyvan və bitki növlərinin qorunub saxlanılması üçün yaradılıb.

Burada turistlərə qoruqda olan heyvanat aləminin təqdim olunduğu kiçik zoopark açılmışdır. Zooparkda boz ayılar, marallar və dağ keçiləri, qutu quşları, meymunlar və cins itlər bir-biri ilə qonşuluqda yaşayırlar. Təmiz hava və hərdənbir qazların qağıltısı ilə pozulan sakitlik ətrafdakı dağların gözəlliyindən ilham alan qəlbə qəribə rahatlıq verir.

Tarixdən məlumdur ki, burada, Altıağacda Şirvanşahların hakimiyyəti dövründə karvan dayanacaqlarından biri olmuşdur. "Ağac" sözü isə vaxtilə yalnız ağac kimi yox, həm də ölçü vahidi (7 km) kimi işlədilirdi və bu ad tərcümədə "6 ağac", yəni 42 km demək idi ki, bu da buradan Şamaxı şəhərinədək olan məsafəyə bərabərdir. Vaxtilə buradan Şamaxı ilə Dərbəndi birləşdirən qədim karvan yolu keçirdi və bugünədək piyada turizm həvəskarları Mərəzə və Şamaxı istiqamətində buradan keçib-gedirlər. Azərbaycanın dilbər guşəsi olan

Pant vannaları

Xızı rayonunda, Altıağac "Cənnət Bağı" İstirahət Mərkəzinin nəzdində, 2015-ci ilin may ayından etibarən fəaliyyət göstərən "Altay maralı" Sanatoriya tipli Sağlamlıq Mərkəzində Altaydan gətirilərək Altıağacda təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından – pantlardan – pant vannaları, pant mikroimalələri və maskaları hazırlanır. Burada, həmçinin, fitoçəlləklərdə buxar prosedurları və digər xidmətlər həyata keçirilir.

Altay maralının buynuzundan hazırlanan pant vannaları – insan orqanizminə göstərdiyi bir sıra müsbət təsirlərinə görə məşhurdur.Belə ki, bu vannaların seanslarının qəbulu, müasir həyatın geniş yayılmış problemlərindən olan:

ü "Xroniki yorğunluq sindromu"-nu aradan qaldırır və insanın ruhi-emosional vəziyyətini yaxşılaşdırır.

ü Orqanizmdə gedən maddələr mübadiləsinin, metabolik proseslərin intensivliyini artırır, bədənin müdafiə qabiliyyətini gücləndirir, damarlarda mikrosirkulyasiyanı sürətləndirir.

ü Ümumən, ürək-qan-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, tonusu yüksəldir və arterial təzyiqi tənzimləyir.

ü Venoz çatışmazlıq və varikoz genişlənmə kimi geri dönməz proseslərin inkişafını zəiflədir.

ü Sidik-cinsiyyət sistemi xəstəliklərinin, məsələn, qadınlarda – klimakterik dövrün pozulması, sonsuzluq, kişilərdə – xroniki prostatitin müalicəsində effektiv təsir göstərir.

ü Kişilərdə ən müxtəlif səbəblərdən əmələ gələn cinsi zəifliyi aradan qaldırır.

ü Osteoxondroz, osteoartroz kimi onurğa və oynaq xəstəlikləri zamanı uzunmüddətli remissiya əldə etməyə imkan yaradır.

ü Müxtəlif travmalar və əməliyyatdan sonraki bərpa dövründə sağalma prosesini sürətləndirir.

ü Mədə-bağırsaq sisteminin – xora, kolit, bağırsaq pozğunluğu kimi xəstəliklərinin müalicəsində və piylənmə zamanı,

ü Bronxial astmanın bərpa dövründə və bronxitlərin müalicəsində,

ü Kəskin olmayan dövrdə bir sıra dəri xəstəliklərinin – dermatitlərin, dəmrov və ekzemaların müalicəsində geniş istifadə olunur.

Çərşənbə günü. 29 iyun- 2016

08:30-09:00 - Azadlıq meydanından toplanış; Qeydiyyat

09:00-11:00 - Bakıdan Xızıya doğru hərəkət

11:00-13:00 - Xızı rayonuna çatma; Mehmanxanada yerləşmə. "Altay Maralı" sanatoriya tipli sağlamlıq mərkəzi ilə tanışlıq

13:00-15:00 - Nahar vaxtı

15:00-17:00 - "Altay Maralı" sanatoriya tipli sağlamlıq mərkəzində sərbəst vaxt

17:00-19:00 - Dəyirmimasada seminar (Moderator Ruslan Quliyev)

17:00-17:05 - Rəsmi salamlama

Təqdimatlar:

17:05-17:15 - Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi

17:15-17:35 - TurizmvəMenecment Universitetininnümayəndəsi

17:35-17:50 – ASTTDA (SAĞLAMLIQ TURİZMİ)–nın nümayəndəsi. "Altay Maralı" sanatoriya tipli sağlamlıq mərkəzinin təqdimatı

17:50-18:15 – Müzakirələr sual və cavab

18:15-18:30 - Seminarda iştirak edən KİV-nümayəndələrinə sertifikatların verilməsi

19:00-21:00 - Şam yeməyi. Əyləncəli axşam

Cümə axşamı. 30 iyun- 2016

07:00-10:00 - Səhər yeməyi

10:00-11:00 - Sağlamlıq Mərkəzində asudə vaxt

11:00-12:00 - Xızı rayonuna ekskursiya

12:00 - Bakıya yola düşmə

14:00 - Bakı şəhərinəçatmaq

Sizin Reklam Yeriniz