news Image
2016.06.28
17:40
| A A A
Azərbaycanla Macarıstan arasında birgə toxum fondu yaradıla bilər

İyunun 28-də kənd təsərrüfatı naziri Heydər Əsədov Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə komissiyanın həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.


H.Əsədov Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, cari ilin may ayında Macarıstana səfəri çərçivəsində keçirilən görüşlərin aqrar sahədə əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu nəzərə çatdırıb.


P.Siyarto iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini diqqətə çatdırıb və Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında imzalanmış müqavilələrin iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.


P.Siyarto ikitərəfli əməkdaşlıq əlaqələrindən danışaraq, əsasən toxumçuluq sahəsində uğurlu tərəfdaşlığın olduğunu nəzərə alaraq, birgə toxum fondunun yaradılması, qoyunçuluq sahəsində əməkdaşlığa dair Macarıstan tərəfindən texniki yardım göstərilməsi, iki ölkənin kənd təsərrüfatı sahəsi üzrə elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Macarıstandan Azərbaycana iribuynuzlu mal-qaranın idxal edilməsi, qida təhlükəsizliyi sahəsində əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.


O, elm və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunu Macarıstana səfərə dəvət edib.


Macarıstanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayan H.Əsədov Macarıstandan iribuynuzlu mal-qaranın idxal edilməsi, hibrid qarğıdalı toxumunun alınması və toxumçuluq üzrə birgə müəssisələrin yaradılması, müxtəlif kənd təsərrüfatı bitkilərinin (üzüm, buğda, arpa, qarğıdalı və tərəvəz) seleksiyası, toxumçuluq və tingçilik üzrə təcrübə mübadiləsi, bu ölkədən yüksək məhsuldar qoyun cinslərinin gətirilməsi, iki ölkənin elm-təhsil müəssisələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi, bu sahələrdə texniki dəstəyin göstərilməsini nəzərə çatdırıb.


P.Siyarto qeyd olunan məsələlər, xüsusilə qida təhlükəsizliyi məsələsində texniki yardım göstərməyə hazır olduğunu və bundan sonra da ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs