Əlaqə Arxiv
news Image
2016.06.29
09:30
| A A A
Ərdoğan İstanbuldakı terror aktından danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk hava limanında baş vermiş terror aktını pisləyib. Bu barədə  Movqe.az  "Anadolu" agentliyinə istinadən məlumat verir.


Onun sözlərinə görə, terror təşkilatları tərəfindən günahsız insanlara qarşı yönəldilmiş bu hücum bir daha onların məkrli niyyətini göstərdi.


Prezident bildirib ki, bu hücumun müqəddəs Ramazan ayında edilməsi terroçular üçün müqəddəs bir şeyin, o cümlədən onların dininin olmadığını göstərir: "Hər şeyə rəğmən, Türkiyə terrorizmlə mübarizə aparmaqda davam edəcək".


Qeyd edək ki, hava limanında törədilən terror aktı nəticəsində 32 nəfər ölüb, 88 nəfər yaralanıb.

Sizin Reklam Yeriniz