Əlaqə Arxiv
news Image
2016.06.28
23:59
| A A A
İstanbulun Atatürk hava limanında partlayış: 10 ölü, 60 yaralı (YENİLƏNİB - 3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər iyunun 28-i saat 23:26-da yayılıb)


İstanbulun Atatürk hava limanında partlayış baş verib.


Movqe.az-ın  "TRT Haber" telenakanalına istinadən verdiyi məlumata görə, aeroportun ərazisində əvvəlcə silah səsləri eşidilib, sonra iki ayrı yerdə partlayış olub.


Yaralıların olduğu bildirilir.


Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib.


Hava limanına bütün giriş və çıxışlar bağlanılıb.


XXX


Ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, hadisə nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.


Onun sözlərinə görə, partlayışı iki terrorçu-intiharçı törədib. Terrorçulardan biri əvvəlcə ətrafdakılara atəş açıb, sonra özünü partladıb.


XXX


Partlayış nəticəsində xəsarət alanların sayı artıb.


B.Bozdağın sözlərinə görə, hazırda 6-sı ağır olmaqla, 60 yaralı var. Onlar xəstəxanalara yerləşdirilib.trend

Sizin Reklam Yeriniz