news Image
2016.06.29
10:30
| A A A
"20 yanvar" stansiyasının birinci giriş-çıxışı bağlanır (FOTO)

İyulun 1-dən metronun "20 yanvar" stansiyasının birinci giriş-çıxışı bağlanır.


Bu barədə Movqe.az-a  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.


Qurum rəsmisi bildirib ki, "20 Yanvar" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir: "Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. Bütün bunları nəzərə alaraq "Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edir ki, "20 Yanvar" stansiyasının I vestibülü 01.07.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq. "Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir".


N.Paşayev qeyd edib ki, stansiyanın I vestibülü bağlı olsa da, yeraltı keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs