Əlaqə Arxiv
news Image
2016.06.29
11:17
| A A A
İstanbulda baş verən terror hadisəsi zamanı həlak olanların şəxsiyyəti müəyyənləşdirilir

İstanbulda baş verən son terror hadisəsi zamanı həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində iş aparılır. Movqe.az-ın məlumatına görə, bunu Türkiyənin "Haber7" qəzeti yazıb.


Hazırda 4 nəfərin şəxsiyyəti müəyyənləşib. Bunlar Türkiyə vətəndaşlarıdır.


İlkin ehtimallara görə, bu hadisənin arxasında İŞİD-in olması ehtimal edilir.


Qeyd edək ki, İstanbulun Atatürk hava limanında iyunun 28-də 3 terrorçu-intiharçı özünü partladıb.


Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir./ternd/

Sizin Reklam Yeriniz