news Image
2012.04.21
11:41
| A A A
Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması yenidən gündəmə gəlir
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi bu prosesin sürətlənməsini istəyir

Məlum olduğu kimi, Avropa Şurasının Yerli Regional Hakimiyyətlər Konqresinin (AŞYRHK) ölkəmizdən əsas tələblərindən biri Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlıdırLakin Azərbaycan tərəfi bəyan edir ki, Azərbaycan böyük şəhər bələdiyyələrinin yaradılması məsələsinə hələlik hazır deyil. Çünki təsərrüfat, iqtisadiyyat, insanların dünyagörüşü baxımından kəndlə şəhər arasında ciddi fərq var bu səbəbdən kəndlə şəhəri eyni səviyyədə tutmaq düzgün deyil. Qeyd olunur ki, xaricdə əvvəlcə bir neçə rayon bələdiyyəsi birləşərək xırda assosiasiyalar, onlar isə regional assosiasiyalarda birləşir. Regional assosiasiyaların birləşməsi nəticəsində vahid assosiasiya yaradılır. Amma bizdə belə bir prosesin reallaşması üçün xeyli vaxt maddi imkan lazımdır. Üstəlik bələdiyyələr buna hazır olmalıdırlar. Bunun üçün zamana ehtiyac var. Ümumiyyətlə, bu yöndə mübahisələr on ildən çoxdur ki, davam edir. Avropa Şurası Yerli Regional Hakimiyyətlər Konqresinin isə arqumenti budur ki, Bakı ərazisinin böyüklüyünə əhalisinin say çoxluğuna baxmayaraq, özünü idarəetmə formasına malik deyil. İdarəçiliyi dövlət rəhbərliyinin nümayəndələri həyata keçirir. Paytaxtın isə xüsusi məsuliyyəti vəzifələri var. Buna görə Konqres "Paytaxtın statusu haqqında" xüsusi qanun qəbul etməyi məsləhət görür. Qeyd edək ki, bu məqsədlə Avropa Şurasının Yerli Regional Hakimiyyətlər Konqresi ölkəmizdə monitorinqlər aparmağı da düşünür.

Bir daha xatırladaq ki, Bakı şəhər bələdiyyəsinin yaradılması beynəlxalq təşkilatların, o cümlədən üzvü olduğumuz Avropa Şurasının Azərbaycan hakimiyyəti qarşısında hələ illər öncə qoyduğu mühüm tələblərdən biridir. Artıq qonşu Gürcüstanda Ermənistanda da böyük şəhərlərin merləri seçki yolu ilə müəyyənləşir. Qonşu Türkiyə isə artıq uzun illərdir bələdiyyə başqanlarını seçir. Bakıda isə bələdiyyələrin səlahiyyətləri çox məhduddur. Bələdiyyələr hətta adi kommunal problemlərin həllində belə iştirak edə bilmir. Bələdiyyələrə lazımi dəstəyin verilməməsi onların maliyyələşməsində problemlərə səbəb olur. Məsələn, qanunvericiliyə görə, bələdiyyələr fiziki şəxslərdən əmlak vergisi yığmalıdır. Neçə ildir fəaliyyət göstərməsinə baxmayaraq, əksər bələdiyyələr bu vergiləri toplaya bilmirdi. Sonda çıxış yolu kimi vergilərin toplanması mənzil-istismar sahələrinə həvalə olundu. İndi MİS-lərvətəndaşlardan həm özlərinə aid olan ödənişləri, həm bələdiyyələrin əmlak vergilərini toplayır. Ekspertlər MİS-lərin fəaliyyətindəki nöqsanları önə çəkərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifi ilə çıxış edir. Bu təklif Milli Məclis səviyyəsində bir neçə dəfə səsləndirilib. Amma hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.

Ekspertlərə görə, Bakıda Böyük Şəhər Bələdiyyəsinin yaradılması bu kimi problemləri birdəfəlik həll edə bilər. Böyük Şəhər Bələdiyyəsi şəhər təsərrüfatının vahidliyini təmin etmək, yerli özünüidarəetməni həyata keçirmək imkanlarına malik olacaq. Şəhərin problemləri xalqın seçdiyi nümayəndələrdən təşkil olunan bələdiyyə məclisində müzakirə oluna bilər. Böyük Şəhər Bələdiyyəsi paytaxtda qanunlara riayət olunmasına, təbii resurslardan istifadəyə, ətraf mühitin mühafizəsinə, ekoloji təhlükəsizliyə, tarixi abidələrin qorunmasına, elm, mədəniyyət, səhiyyə, idman sahəsindəki problemlərin həllinə yardımçı ola bilər. Digər tərəfdən bu, bələdiyyə institutunun möhkəmlənməsinə müəyyən təkan vermək iqtidarındadır. Hələlik isə indiki şəraitdə bələdiyyələr özünü doğrulda bilmir ekspertlər bunu obyektiv səbəblərlə əsaslandırır. Belə ki, Azərbaycanda bələdiyyələrin kifayət qədər səlahiyyəti yoxdur. Yəni bələdiyyə bir növ asılı qurumdur. Digər tərəfdən, ekspertlər bu gün bələdiyyələrin əsas problemlərinin maliyyə imkanının aşağı olması ilə izah edir. Həqiqətən bələdiyyələrin maliyyə imkanlarına diqqət yetirsək görərik ki, bir bələdiyyənin büdcəsi 30 mini keçmir. Azərbaycanda bir bələdiyyənin orta hesabla illik gəliri 16 min manatdır. Bu məbləğ aya 1200 manat edir. Bu da 7 işçisi olan yerli özünüidarə orqanı üçün olduqca az vəsaitdir. Bu heç qurumun işçilərinin əməkhaqqına belə çatmır.

Ekspertlər Azərbaycanda bələdiyyələrin fəaliyyətsizliyinin başqa bir sübutunun onların işi barədə hesabat aparılmaması olduğunu söyləyir. Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə 2003- ildə hesabat hazırlanıb. 2013- ildə yeni hesabat hazırlanacaq. Yəni iki hesabat arasında 10 il fasilə yaranıb. Ancaq bu istiqamətdə köklü yeniliklərin olacağı gözlənilir.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs