Əlaqə Arxiv
news Image
2016.06.29
13:17
| A A A
AZAL təyyarəsi Atatürk aeroportuna eniş edib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə reysi həyata keçirən təyyarəsi ötən gün terror aktı törədilmiş Atatürk aeroportuna rahatlıqla eniş edib. Bunu  AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.


Bakıdan saat 09:00-da havaya qalxmış təyyarə yerli vaxtla saat 10:50-də İstanbula eniş edib və saat 13:20-də geriyə dönəcək. Çərşənbə gününə Bakı-İstanbul üzrə daha 4 reys planlaşdırılıb: AZAL-ın iki reysi saat 16:35 və 19:15-də, "Türk Hava Yolları"nın isə Bakı vaxtı ilə saat 15:00 və 22:05-də reysləri həyata keçiriləcək.


Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir./trend/

Sizin Reklam Yeriniz