Əlaqə Arxiv
news Image
2016.06.29
14:00
| A A A
“Azərbaycan Dəmir Yolları" QSC 10 ədəd “NAZ Lifan” avtomobili alib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd "NAZ Lifan" avtomobili alıb. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.


"Azərbaycan Dəmir Yolları" QSC "Təsərrüfat İdarəsi" MMC-nin rəisi Məhəmməd Əmircanov KİV-lərə məlumat verərək bildirib ki, avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur.


Ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları" QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi "NAZ Lifan" avtomobillərinə üstünlük veriləcək.

Sizin Reklam Yeriniz