Əlaqə Arxiv
news Image
2016.06.29
14:52
| A A A
Nəsimi rayon gəncləri Türkiyədə baş verən terrora öz etirazlarını bildirdilər

Movqe.az xəbər verir ki, iyun ayının 28-də Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında həyata keçirilən mənfur terror aktı nəticəsində 36 nəfər insanın ölümü, 147 nəfərin yaralanması ilə nəticələnən hadisəyə öz etirazlarını bildirmək üçün Nəsimi rayon gəncləri Türkiyənin Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında bir araya gəldilər. Aksiyada terror zamanı həlak olanların xatirəsi yad edilmiş, yaralananlara şəfalar dilənmişdir. Nəsimi rayon gəncləri terror aktını pisləyən şüarlar səsləndirmiş, Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğu bildirilmişdirlər. Daha sonra gənclər Səfirliyin qarşısına gül dəstələri qoymuşlar.




Sizin Reklam Yeriniz