news Image
2016.06.29
21:00
| A A A
Üçəmdən sağ qalan yeganə körpədən XƏBƏR VAR

Movqe.az bildirir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

 

O bildirib ki, 8 günlük körpənin müalicəsi davam edir: "Körpə vaxtından 10 həftə əvvəl 1 kilo 200 qram dünyaya gəlib. Çəkisi lazımi bədən kütləsinə gəlib çıxana qədər bu vəziyyət davam edəcək. Ümid edirik ki, o zamana qədər körpə arzu olunan çəkiyə gəlib çatacaq. Bu məsədə təmkinli olmaq əsas şərtdir".

 

N.Quliyev əlavə edib ki, hazırda institutda 46 ağır vəziyyətdə olan körpə müalicə alır.

 

Qeyd edək ki, iyunun 20-də Salyan Rayon Mərkəzi Xəstəxanasında Mirzabitə İlham qızı Abdullayeva üçəm uşaq dünyaya gətirib. Xəstəxananın işıqları söndüyünə görə üçəmlərin ikisi tələf olub. Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs