news Image
2016.06.29
17:25
| A A A
Qara Qarayev prospektinin bir hissəsi bağlanır

Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır.


"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.


Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun "Qara Qarayev" stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər hansı bir məhdudlaşdırma tətbiq olunmur.


Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyə olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs