Əlaqə Arxiv
news Image
2016.06.29
17:35
| A A A
Tərtər və Füzulidə raket hissəsi və top mərmisi tapılıb (FOTO)

Tərtər və Füzuli rayonlarında 5 ədəd partlamamış hərbi sursat aşkar edilib.


ANAMA-dan Movqe.az-a  verilən məlumata görə, Tərtər rayonu Çaylı kəndində 1 fermada 10 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Ümumilikdə 16 500 kv.m ərazi yoxlanılıb.


Ağdam rayonunun Zəngişalı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 9000 kv.m ərazi yoxlanılıb.


Füzuli rayonu Horadiz şəhərində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (A-462, 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb. Rayon üzrə ümumilikdə 3120 kv.m ərazi yoxlanılıb.


İyunun 29-da 1 ferma, 5 əkin sahəsində 16 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd A-462, 122 mm-lik top mərmisi və 4 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Gün ərzində 28 620 kv.m ərazi təmizlənib.

Sizin Reklam Yeriniz