Əlaqə Arxiv
news Image
2016.06.30
10:10
| A A A
Siyəzəndə boynuna ip dolanan 12 yaşlı uşaq reanimasiyaya yerləşdirilib

Siyəzən rayonunun Yenikənd kənd sakini, 2004-cü il təvəllüdlü Balakişiyev Əliheydər Vüqar oğlu yelləncəkdə yellənərkən boğazına ip dolanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən V. Balakişiyevə boğulma diaqnozu qoyulub.

Reanimasiya şöbəsində müalicə olunan 12 yaşlı uşağın vəziyyəti ağırdır.


Sizin Reklam Yeriniz