news Image
2016.06.30
13:26
| A A A
Bakıda daha bir yol təmir olunur

11 km-lik Zığ-Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin əsaslı şəkildə təmirinə start verilib. Yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir. "Azəravtoyol" ASC-dən Movqe.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində sözügedən ərazinin 2,8 km-lik hissəsində yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılır. Sonra karbonat materialı tökülərək yeni yol əsası tikilir. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.

Yolun 2,2 km-lik hissəsində isə köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə yolun hərəkət hissəsinin 45 min m2 sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılacaq. Ümumilikdə yol boyu 6 min p/m yeni səki daşı düzüləcək.

Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulacaq, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulacaq. Avtonəqliyyat vasitələrinin Zığ-Aeroport yolundan Zığ-Suraxanı yoluna rahat şəkildə daxil olmasını təmin etmək məqsədi ilə hazırda yeni yol hissəsi də salınır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs