Əlaqə Arxiv
news Image
2016.06.30
14:47
| A A A
"Qeysəriyyə əmsalını aşağı salmağa çalışırıq" - Baş mama-ginekoloq

Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Azərbaycanda isə bu əmsal 19-20% arasındadır. Movqe.az-ın məlumatına görə, bunu respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün keçirilən mətbuat konfransında deyib. S. Məmmədova qeyd edib ki, bu da Orta Avropa rəqəmlərinə uyğundur. Baş mama-ginekoloqun sözlərinə görə, qeysəriyyə kəsiyi təbii doğum yolları ilə doğuş baş verə bilməyən hallar üçün göstərişdir və bu göstəriş həm ana, həm də döl tərəfdən olur: "Son illər bu göstərişlərin əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir. Azərbaycanda da hamiləliklərin strukturuna baxdıqda qeysəriyyə kəsikləri üçün göstərişlərin birinci yerində təkrar çapıq gəlir. Biz çalışırıq ki, qeysəriyyə kəsikləri ilə baǧlı göstəriciləri aşağı salaq, amma təkrar çapıqlar bütün dünyada olduğu kimi Azərbaycanda da qeysəriyyə əməliyyatını vacib buyurur".

 

"İlk qeysəriyyə kəsiyindən sonra iki il ərzində hamilə qalmaq olmaz. Bu da uşaqlığın bitişmə qabiliyyətindən çox asılıdır, ancaq gənclərimiz doğuşdan 40 gün sonra hər şeyi yaddan çıxarır, kontraseptik üsullardan istifadə etmir, qadın məsləhətxanalarından məsləhət almırlar, öz bildiklərini edirlər. Nəticədə isə hamilə qalaraq risk qrupuna daxil olurlar" -deyə, S.Məmmədova xüsusi vurǧulayıb.

 

Qeysəriyyə kəsiyindən sonra təbii doğuşun aparılması ehtimalına da toxunan S.Məmmədova bunun üçün müəyyən şərtlər olduǧunu deyib. Belə ki, əgər birinci qeysəriyyə əməliyyatından qalan çapığın qalınlığı müəyyən ölçüdədirsə, qadının əməliyyatdan sonrakı zahılıq dövrü problemsiz keçibsə, onun çapığı birincili bitişibsə, birinci qeysəriyyə kəsiyindən 2 il keçibsə, doğum fəaliyyəti normaldırsa, uşağın çəkisi balacadırsa, birinci doğuşda çanaqla əlaqədar nisbi göstəriş olubsa, ancaq açıq əməliyyat şəraitində, yəni cərrah, narkoz vasitələri yanında olmaqla təbii doğuş aparıla bilər. Amma qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi bundan əvvəl keçirilən əməliyyatdakı çapıqdır. Bu gün Azərbaycanın mama-ginekoloqları hesab edir ki, uşaqlıq üzərində çapıq varsa, qadın əməliyyata getsə daha yaxşıdır, bu, yanlış düşüncədir.

Sizin Reklam Yeriniz