Əlaqə Arxiv
news Image
2016.06.30
17:16
| A A A
"Sərnişinlər Türkiyəyə aldıqları bileti qaytara bilərlər" - AZAL

İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə əlaqədar "Azərbaycan HavaYolları" (AZAL) iyul ayının 5-ə qədər öncədən aviabilet əldə etmiş sərnişinlərinə həmin biletləri qaytarmaq və ya dəyişdirmək imkanı yaradıb. Bu barədə AZAL-dan məlumat verilib.

"Sərnişinlərin rahatlığını düşünərək, "Azərbaycan Hava Yolları"nın 5 iyul 2016-cı il tarixinə qədər Türkiyə istiqamətindəki uçuşlarına öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istəkləri əsasında) həmin aviabiletləri 15 iyul 2016-cı il tarixinə kimi, istədikləri tarixlərə pulsuz dəyişdirə və ya bu aviabiletləri cəriməsiz qaytara bilərlər", - deyə məlumatda bildirilir.



Sizin Reklam Yeriniz