news Image
2016.07.01
09:45
| A A A
Türkiyədə Avropanın 2-ci ən uzun asma körpüsü açıldı (FOTO)

Türkiyədə Kocaeli və Yalova vilayətlərini birləşdirən körpünün açılışı olub.


Movqe.az-ın  "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, mərasimdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş naziri Binəli Yıldırım iştirak ediblər.


Mərasimdə çıxış edən R.T.Ərdoğan bildirib ki, Ramazan bayramının sonuna qədər körpüdən istifadə pulsuz olacaq.


Yeni körpünün adı Osmanlı İmperiyasının banisi I Osman Qazinin adını daşıyır.


Qeyd edək ki, körpünün təməli İzmitdə 2013-cü il martın 30-da qoyulub. Körpünün dirəyinin hündürlüyü 252 metr, körpünün eni 39 metr, uzunluğu isə 2682 metrdir.


"Osman Qazi" dünyanın ən uzun 4-cü, Avropanın isə 2-ci asma körpüsüdür.


Bu körpünün sayəsində İstanbuldan İzmirə yol 3,5 saat azalacaq.


Layihənin dəyəri 9 milyard dollardır.