Əlaqə Arxiv
news Image
2016.07.01
13:12
| A A A
Avropa İttifaqı terrorçuların siyahısını yenilədi

Avropa İttifaqı (Aİ) "İslam dövləti" və "Əl-Qaidə" terror qruplaşmaları ilə əlaqəli olan fiziki şəxs və təşkilatlara qarşı məhdudiyyətlərə əlavələr edib. Bu barədə Movqe.az Aİ-ın rəsmi məlumatına istinadən xəbər verir.


İyunun 24-də BMT-nin sanksiyalar üzrə Komitəsi aktivlərin və istisadi mənbələrin dondurulmasına ehtiyac bilinən fiziki şəxslərin, qrupların və qurumların siyahısına 9 bənd əlavə edib. Eyni əlavələr Aİ-nin qanunverici aktlarına da əlavə edilib.


Siyahıda 8 nəfər Fransa, Tunis, Yəmən və digər ölkələrin vətəndaşları var. Həmçinin sənəddə "Ərəbistan yarımadasında Əl-Qaidə" qruplaşmasının adı da yer alıb.

Sizin Reklam Yeriniz