Əlaqə Arxiv
news Image
2016.07.02
22:00
| A A A
Tərtər və Füzulidə raket hissəsi və top mərmisi tapılıb (FOTO)

İyulun 2-də Ağdamda və Füzulidə 3 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.


Movqe.az-a ANAMA-dan verilən məlumata görə, Tərtər rayonu Çaylı kəndində


Ağdam rayonu Əhmədağalı kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış top mərmisinin qalıqları aşkar edilib, nəticə etibarı ilə 3 000 kv. m ərazi yoxlanılıb.


Füzuli rayonu Horadiz kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkar edilib, nəticə etibarı ilə 1 200 kv. m ərazi yoxlanılıb.


02 İyul tarixində 2 əkin sahəsi, 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkar edilmiş, gün ərzində 4 200 kv. m ərazi təmizlənmişdir.


Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 02 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 29 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 566 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.


Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Sizin Reklam Yeriniz