Əlaqə Arxiv
news Image
2016.07.03
17:30
| A A A
“Eurovision-2017"-ni keçirmək istəyən Ukrayna şəhərlərinin adı açıqlanıb

Ukraynada 5 şəhər "Eurovision-2017’ Mahnı Müsabiqəsinin keçirilməsi üçün Ukrayna Milli Teleşirkətinə müraciət edib.

 

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu müsabiqənin təşkilinə məsul olan Ukrayna Milli Teleşirkətinin rəhbəri Zurab Alasaniya açıqlayıb.

 

Z. Alasaniya "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Kiyev, Lvov, Dnepr, Odessa və Xarkov artıq "Eurovision-2017’ Mahnı Müsabiqəsini qəbul etməklə bağlı müraciət edib. Müraciətlərə cavab olaraq onlara müsabiqənin şərtləri təqdim edilib.

 

Qeyd edək ki, bu il Stokholmda keçirilən "Eurovision-2016" Mahnı Müsabiqəsində Ukrayna təmsilçisi Cəmilə (Suzana Camaləddinova) qalib gəlib. İyunun 24-də Ukraynada "Eurovision-2017" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi üçün rəsmi prosedura start verilib. Bu proses avqustun 1-ə kimi başa çatmalıdır.

 

Sizin Reklam Yeriniz