Əlaqə Arxiv
news Image
2016.07.03
21:30
| A A A
Kişdə selin fəsadları - yol çəkilir (FOTO)

Ötən gecə Kiş çayının daşması nəticəsində çayın üzərindəki körpü dağılıb.


Movqe.az-ın məlumatına görə, nəticədə Kiş kəndinin Şəki şəhəri ilə avtomobil əlaqəsi kəsilib. Hazırda ərazidə alternativ yolun çəkilməsi üzrə iş gedir. Aparılan işlərin qısa müddətdə başa çatdıralacağı bildirilir.


Artıq sel təhlükəsinin də azaldığı qeyd olunur.


Fövqəladə Hallar Nazirliyinin məlumatında isə qeyd olunur ki, Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsi qalxıb, çayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb, Kiş kəndində istirahət mərkəzlərində köməksiz vəziyyətdə qalan 35 nəfər nazirliyin qüvvələri tərəfindən təxliyyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.

Sizin Reklam Yeriniz