Əlaqə Arxiv
news Image
2016.07.04
12:17
| A A A
Sürücülərə şad xəbər

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar iyulun 4-dən 5-nə keçən gecə prospektin Şirin Mirzəyev küçəsindən (metronun Qara Qarayev stansiyası) Rüstəm Rüstəmov küçəsinə qədər (metronun Neftçilər stansiyası) olan hissədə təmirdən sonra avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.


Bu barədə Movqe.az-a  "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən məlumat verilib.


Məlumatda deyilir ki, əks istiqamətdə, yəni Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə isə təmir işləri ilə əlaqədar qısa müddətlik hərəkətə məhdudiyyət tətbiq olunacaq.


Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyyə olunur.

Sizin Reklam Yeriniz