Nardarana yeni polis rəisi təyin olundu
Sabunçu rayon Polis İdarəsinin Nardaranda yaradılan 42-ci polis bölməsinə yeni rəis təyin olunub.
Movqe.az-ın məlumatına görə, Daxili işlər naziri Ramil Usubovun əmri ilə bölmənin rəis müavini Tərxan Əhmədov rəis təyin olunub.
Xatırladaq ki, 42-ci polis bölməsinin rəisi vəzifəsini bir müddət polis polkovniki Azər Cahangirov icra edib. O, tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunandan sonra 42-ci bölmənin rəisi vəzifəsini bölmənin rəis müavini T.Əhmədov icra edirdi.