news Image
2016.07.04
18:20
| A A A
DİN Fikrət Fərəməzoğlunun həbsinin səbəbini açıqladı

Daxili İşlər Nazirliyi "Jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həbsi barədə məlumat yayıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumatda bildirilir ki, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini Daxili İşlər Naizrliyinə müraciət edərək İbişbəyli Fikrət Fərəməzoğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində cari ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.


Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.


İlkin istintaqla F.İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub.


Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da F.İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.


Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.