Əlaqə Arxiv
news Image
2017.08.17
13:39
| A A A
Həkimlər xəbərdarlıq edir: isti havada böyrəklərinizi qoruyun!

İsti yay aylarında bütün digər orqanlar kimi böyrəklər də gərginliklərə məruz qalır.

 

Movqe.az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən həkimlər isti havada böyrəklərin sağlamlığına qarşı daha diqqətli olmağı və müəyyən qaydalara riayət etməyi tövsiyə edirlər.

 

Sizə həkimlərin bəzi tövsiyələrini təqdim edirik:

- Susuzluğa yol verməyin. Susuzluq zamanı qan qatılaşır, böyrəklərə artıq güc düşür ki, bu da böyrəklərin sağlamlığına ziyan vurur.

Həmçinin susuzlaşma böyrəklərdə daşların əmələ gəlməsinin riskini də artırır.

Lakin birdən çoxlu su içmək də böyrəklər üçün ziyanlıdır. Bu ödemlərin əmələ gəlməsinə səbəb ola bilər.

Yanınızda hər zaman 1 butulka təmiz su saxlayın tez-tez və az-az su için. Sağlamlıq buna yol verirsə, gün ərzində 2 l təmiz su için.

- Yayda insanların əksəriyyəti çimərliklərdə dincəlməyi xoşlayır. Burada böyrəklərimizi növbəti təhlükə gözləyir.

Sudan çıxdıqda dərhal paltarınızı dəyişin. Nəm paltarda oturmayın. Bu böyrəklərin sağlamlığına ciddi ziyan vura bilər.

- Yayda ət qidalarının miqdarını azaldın. Bu qidalar qanı daha da "qatılaşdırır". Daha çox meyvə-tərəvəz yeyin.

- Çay, qəhvə, tərkibində kofein olan sərinləşdirici içkilərin qəbulunu azaldın. Bu içkilər sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.

Sizin Reklam Yeriniz