news Image
2012.04.21
23:54
| A A A
Vətəndaşın torpağını dövlətin necə alacağı müəyyənləşdi
Qəzalı vəziyyətə düşən binaların satışı qaydaları da təsdiqləndi

Dünən dövlət ehtiyacları üçün torpaqların alınması qəzalı binaların hərraca çıxarılması, müvafiq dövlət qurumu tərəfindən alınması ilə bağlı 14 qanunvericilik aktına müvafiq dəyişikliklər edilib. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev Meşə Torpaq məcəllələrinə dəyişikliklər barədə məlumat verib. Torpaq Məcəlləsinə dəyişikliklər torpaqların dövlət ehtiyacı üçün alınması qaydalarını tənzimləyir. Başqa sözlə, hüquqi fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri dövlət ehtiyacları üçün alındıqda onun dəyəri qabaqcadan xeyrinə torpaq sahəsini alan müəssisə, idarə ya təşkilatın, yaxud müvafiq icra hakimiyyəti orqanının ya bələdiyyənin vəsaiti hesabına torpağın geri alındığı vaxtda mövcud olan bazar qiyməti ilə həmin şəxsə tam həcmdə ödənir. Qarşılıqlı razılıq əsasında mülkiyyətçiyə istifadəçiyə eyni ölçüdə keyfiyyətdə başqa yerdə torpaq sahəsi verilə bilər.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Məcəlləyə dəyişikliyin analoji məzmunda olduğunu bildirib: "Torpağın dövlət tərəfindən alınması qaydaları ilə bərabər qəzalı vəziyyətə düşən binalarla bağlı məsələlər Mülki Məcəllədə əksini tapacaq. Əgər bina qəzalı vəziyyətdədirsə, bazar qiyməti əsas götürülməklə hərraca çıxarılacaq. Satılmasa, təkrar hərracda 15 faiz aşağı qiymətlə hərraca çıxarılacaq. Hərrac baş tutmamış elan edildikdə 60 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı həmin qəzalı binanı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alır".

Millət vəkili Vahid Əhmədov deyib ki, dövlət məmuru binanın qiymətini müəyyən edə bilməz: "Əvvəlki qanunda ödəmə nəzərdə tutulduğu halda mübahisə düşürdü, necə olacaq? İndi dövlət qurumu mülkiyyəti nəzarətinə keçirə deyə bilər ki, qanunla 90 günvaxt verilib".

Millət vəkili Əli Məsimli deyib ki, məmur-vətəndaş münasibətlərində informasiya texnologiyalarından istifadə edilməsi problemlərin həllində ciddi rol oynaya biləcək. Millət vəkili Elmira Axundova qəzalı vəziyyətdə olan binalarda mənzillərin bərpası üçün güzəştli kreditlərin ayrılmasını, ev tikmək üçün maddi yardım verilməsini təklif edib. Millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, qiymətləndirmə prosesində qeyri-peşəkarlıq hallarına rast gəlinir. Onun sözlərinə görə, Azərbaycanda qiymət fəaliyyətinin sertifikatlaşdırılması əsas götürülüb: "Azərbaycanda qiymətləndirmə bazarında bəzi hallar var. Qeyri-peşəkarlar MMC yaradır, ofisinin qarşısına da yazır ki, qiymətləndiricidir. Digər tərəfdən, bazar dəyəri ilə bağlı da problemlər ortaya çıxır. Nazirlər Kabineti tərəfindən 10 il əvvəl qəbul edilmiş qaydalar da artıq dəyişdirilməlidir. Şəhərin mərkəzində torpağın qiyməti sürətlə dəyişə bilər".

Millət vəkili Fazil Mustafa deyib ki, Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı bir kabus dolaşır: "Kimsə artıq xüsusi mülkiyyət sahibi olmaqdan qorxur. Çünki insanlar qorxurlar ki, hardasa ev, müəssisə tiksə, 1-2 ildən sonra söküləcək. Dövlət ehtiyacı məsələsi parlamentin müzakirəsinə çıxarılsın. Müəyyənləşdirilsin ki, dövlət ehtiyacı nədir. "Dövlət ehtiyacı haqqında" qanuna parlamentdə yenidən baxmalı dövlət ehtiyacını müəyyənləşdirməliyik".

Millət vəkili Bəxtiyar Əliyev məhkəmə qərarları ilə bağlı məsələyə diqqət yetirməyi zəruri sayıb: "Tutaq ki, vətəndaş narazıdır məhkəməyə müraciət edir. Əgər məhkəmə çəkişməsi 4-5 il uzanırsa 4-5 ildən sonra qərar çıxarsa, o halda vətəndaşa dəyən ziyan necə olacaq? Digər tərəfdən, biz qərarları icra edən şəxslərə qarşı hərəkətlə bağlı inzibati məsuliyyəti nəzərə alırıq. Bəs vətəndaşa qarşı belə davranış olsa, inzibati məsuliyyəti niyə qeyd etmirik? Torpaq islahatı nəticəsində Azərbaycanda torpaqların 80 faizə qədəri bələdiyyələrə verilib. Bələdiyyələr torpaq vergisi toplamalıdır. O vergilər yığılırmı? Biz büdcə məsələsini müzakirə edəndə məlum olur ki, bələdiyyələrin büdcələri boşdur. Əslində vergilər yığılır. Bəs pullar hara gedir? Biz məsuliyyət məsələsini müəyyənləşdirməliyik".

Qaldırılan məsələlərə münasibət bildirən Əli Hüseynli deyib ki, mülkiyyət hüququ fundamental hüquqdur: "Prezidentin təqdim etdiyi bu dəyişikliklər mövcud problemlərin aradan qaldırılması ilə bağlıdır. Qanunların icrası problemi var hazırkı dəyişikliklər artıq müddəti, məsələnin tənzimlənməsini dəqiq tənzimləyir".

O qeyd edib ki, bir mənzilin bir neçə nəfərə satılması, sənəd problemi var: "Bina tikintisi ilə bağlı şirkətlə vətəndaşlar arasında həmin torpağın alınması ilə bağlı ilk növbədə müqavilə bağlanmalıdır bundan sonra icra orqanı sərəncam verməlidir".

Əli Hüseynli bildirib ki, yeni dəyişiklikdə mülkiyyətçinin yox, alan tərəfin üzərinə məsuliyyət, vəzifələr qoyur: "Millət vəkili Elmira Axundovanı qəzalı mənzillər narahat edirdi. Mənzil özəldirsə, problem özəldir. Baxmayaraq ki, bizdə təbii fəlakətlər zamanı da dəyən zərərlər vətəndaşa ödənib. Əslində bu, dövlətin işi deyil. İndiki dəyişiklikdə qəzalı bina ilə bağlı qiymətləndirmə bazar prinsiplərinə əsasən aparılacaq. Vətəndaşın hüquqlarının müdafiəsi ilə bağlı hərraclar baş tutmasa, o halda qəzalı bina dövlət qurumu tərəfindən alınır".

Qeyd edək ki, Meşə Məcəlləsi, Torpaq Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi, o cümlədən "Qiymətləndirmə fəaliyyəti haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Su təchizatı tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumları haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara dəyişikliklər edilib.

Dəyişikliklər qəbul edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs