Əlaqə Arxiv
news Image
2017.08.17
22:45
| A A A
Depressiyaya düşməmək üçün 10 MƏSLƏHƏT

Payız - insanların çox asanlıqla depressiya yaşadığı fəsildir. Səbəbi isə bəzən soyuyan, tez qaralan hava, batan günəş işığı ilə əlaqələndirilir.

Movqe.az lent.az-a istinadən bu payızı depressiyasız yaşamanız üçün 10 məsləhət təqdim edir.

Otağınıza gün doğsun
 
Payız depressiyasının əsas əlamətlərindən biri səhərlər yuxudan durmaqda çətinlik çəkməkdir. Yataq otağınızda işıqlandırma sistemi qurun. Səhər tezdən otağınıza gün doğması oyanmanızı asanlaşdırar.
 
Həyatınıza işıq daxil edin
 
Hava sərin və qaranlıqdır deyə günəş işığından imtina etməyin. Gündüzlər buludlu olsa belə, bayıra çıxın. Erkən qalxın, pərdələri açın. Günəş işığını görmək insana özünü yaxşı hiss etməyə kömək edir.
 
Hərəkət sizi xilas edər
 
Sadəcə arıqlamaq, sağlam olmaq üçün deyil, günün stressindən xilas olmaq üçün idmana vaxt ayırın. Yaxşı bir idmanın təsiri saatlarla davam edər. Gün ərzində daha çox enerjiniz olar, maddələr mübadiləniz sürətlənər, özünüzü yaxşı hiss etmənizə kömək edən hormonlar ifraz edərsiz. Müntəzəm idman qış yuxusuna meylli bədənə yaşadığını xatırladır.
 
Şəkərə diqqət edin
 
Xoşbəxtlik, canlılıq hissi verən seratoninin səviyyəsi aşağı düşdüyündə karbohidrat və şəkərli qidalara istək artır. Bunlar bədəndə narkotik maddələr kimi biokimyəvi sistemə təsir edər. Nə yediyiniz nə hiss etdiyinizə mütləq təsir edir.
 
Sosial həyatı unutmayın
 
Hər şeyi boşa vermək istədiyinizdə sizə kim əl uzadar? Əlbəttə, dostlar, ailəniz.  Dostlarınızı, ailənizi unutmayın, sizə kömək etmələri üçün onlara şans verin. Bəzən dostunuzla adi bir söhbət belə, sizi canlandırar.
 
Qışa həyəcan qatın
 
Bir şeyi yaşamağı gözləmək insanı həvəsləndirər. Qışda yayı gözləmək, planlaşdırılan həftə sonu gəzintisi, görüş, idman proqramı sizin qışınıza həyəcan qatacaq.
 
Rahatlanın
 
İş, dost, ailə, problemlər, bir sözlə, çox məşğulsuz. Ancaq hər insanın sakit qalmağa ehtiyacı var. Bəzi təkliflərə "yox" deməkdən utanmayn və heç olmasa bir neçə dəqiqə heç nə etmədən dincəlin. Sizə kömək edəcək hərəkətlər edin və ruhsal olaraq sakitləşməyə yönəlin.
 
Yuxu nə az, nə də çox olmalıdır
 
İnsanlar soyuq havalarda həmişə çox yatırlar. Bu, fizioloji bir ehtiyacdır. Ancaq 7-8 saat yatmağı hədəfləyin. Hər gün eyni saatda yatmaq və oyanmaq həyatınızı nizama salar, enerji verər. Xüsusən həftə sonları çox yatmayın. Bu, sizi daha çox yoracaq.
 
Fəsli qəbul edin
 
Fəsillərin dəyişimi təbii bir sevgidir. Bunları qınamaq yerinə, hər detalını izləmək sizə daha yaxşı təsir edəcək. Yəni bu fəsillərdə də mütləq zövq alacağınız bir şeylər var.
 
Mütəxəssis dəstəyi alın
 
İstəksizlik, üzüntü, dəyərsizlik, günahkarlıq hissləri, yuxu pozğunluğu, çox yatmaq,  enerji və iştah azalması, yorğunluq, əsəbilik, narahatlıq, diqqət pozğunluğu - bu problemlər 2 həftədən çox davam edərsə, deməli, mütəxəssis dəstəyinə ehtiyacınız var. 

Sizin Reklam Yeriniz