news Image
2012.04.23
13:38
| A A A
Attestat imtahanları ilə bağlı son məlumat
Attestat imtahanları ilə qəbul imtahanlarını eyniləşdirmək düzgün deyil. Lent.az-ın verdiyi məlumata görə, bunu TQDK sədri Məleykə Abbaszadə söyləyib. TQDK sədri orta məktəb məzunlarının bilik səviyyəsi barədə danışmaq istəmədiyini söyləyib: "Biz yoxlamalıyıq ki, 11-ci, 9-cu sinfi bitirən şagird nəyi bacarır. Ona görə də bu imtahanların çətinlik dərəcəsi ali məktəblərə qəbul zamanı imtahanlarda verilən sualların çətinlik dərəcəsi kimi olmayacaq. Standart suallar qoyulacaq".
TQDK sədri bildirib ki, orta məktəblərdə yekun biliyin qiymətləndirilməsi ilə bağlı hazırladıqları layihə tam elmi əsaslarla hazırlanıb: "Biz 1999-cu ildən başlayaraq hər il 30 min şagirdi yoxlamışıq və orta məktəblərdə şagirdləri qiymətləndirmə formasını müəyyənləşdirmişdik. 2010-cu ildə TQDK-nın buraxdığı jurnalda da araşdırmalar haqqında yazmışıq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs