Əlaqə Arxiv
news Image
2012.04.23
17:02
| A A A
Vaqif Əsədov: “Biz polisləri düşmən hesab edirlər”
“23 aprel - Yol hərəkatınən təhlükəsizliyi həftəsi kimi qeyd olunur”

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə bu həftə Yol hərəkatının təhlükəsizliyi məqsədiylə müəyyən tədbirlər görüləcək.

"Yol polisi olaraq təhlükəsizlik tədbirlərini keçirtmək bizim üçün ən önəmli məsələlərdən biridir. Bu istiqamətdə təbliğat işlərinin aparılmasına üstünlük vermişik. Misal üçün, 46  saylı məktəbdə məktəbli uşaqların yol qəza hadisələrində həyat və sağlamlığın qorunması istiqamətində, təbliğat xarakterli məktəb müəllimlərinin, şagirdlərin və valideyinlərin iştirakı ilə 46 saylı məktəbdə tədbir aparacağıq", - Vaqif Əsədov dedi.

"Xətalara uyğun cərimələrin tədbiq edilməsi vacibdir"

V.Əsədov qeyd etd ki, sərnişinlərin yol hərəkatına riayət etmələri polislər üçün də çox vacibdir: "Yol hərəkatında qanunlar pozulduqda, xətalara uyğun cərəmələrin tədbiq edilməsi bir mənalıdır. İlk növbədə cərmə etmək, törədilən xətaların və yol qəza hadisələrinin qarşısını almaq üçün edilir. Bu hər bir sərnişin tərəfindən qəbul edilməlidir. Bu gün sərnişinlərimiz cərmə olunarkən, bunu faciyəvi bir hal kimi qəbul edirlər. Biz polisləri isə özlərinə düşman bilirlər. Əslində isə biz bütün bunları onların yaxşılığı üçün edirik.

Bu gün kimsə təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edərkən, yol polisi tərəfindən saxlanılıb cərmə edilirsə, bu həmin sürücünün və sürücü yanında əyləşən sərnişinin, yol qəza hadisəsiylə bağlı həyat və sağlamlığının qorunması kimi başa düşünməlidir.

Çox təəsüflər olsun ki, bunu sərnişinlərin əksəriyyəti başa düşmək istəmir. Onlar adi sərnişin kəmərini istifadə etməmək üçün, müxtəlif bəhanələr gətirirlər, məsuliyyətdən yayınmağa çalışırlar, lakin buna baxmayaraq hər bir sürücü qanuna uyğun şəkildə cəzalanır. Onlar qanunu pozmaqdan yorulmurlarsa, bizdə cəza tədbiq etməkdən yorulmayacağıq".

"Təhlükəsizlik kəmərindən istifadə etməyənləri 40 manat cərmə gözləyir"

"Hər bir maddə üzrə təyin olunan cərmə məbləği var. Təhlükəsizlik kəmərindən istifafə etməmək 20manat dəyərində cərmələnir. Lakin çox qısa zamanda bu artıq 40 manat olacaq. Artıq Milli Məclis təklif olunan qərara öz rəyini bildirib və qərar qəbul edilib. Bu səbəbdən də, təhlükəsizlik kəmərindən istifadə etməyənləri 40 manat cərmə gözləyəcək.

Daha sonra sürət həddi aşıldıqda, sərxoş halda avtomobilin idarə edilməsi, lüzumsuz olaraq səs siqnallarının verilməsi və s. bütün bunlar cərməylə cəzalanır.

Lakin əgər təhlükəsizlik kəməri taxılmadıqda müəyyən cərmə kəsilirsə, digər hallarda nə kimi cərmələrin təyin edilməsi, səlahətli şəxsin çıxardığı qərardan asılıdır", - V.Əsədov dedi.

Türkan Nadirqızı

Mövqe.Az

Sizin Reklam Yeriniz