Əlaqə Arxiv
news Image
2016.10.24
16:46
| A A A
`Guya ki, bu fiqura üçün yaxşıdır` - Millət vəkili

Millət vəkili ölkədə qeysəriyyə əməliyyatlarının artmasına etirazını bildirib. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu gün ehtiyac olmadığı təqdirdə özəl klinikalarda qeysəriyyə əməliyyatlarının həyata keçirildiyini deyib. Komitə sədrinin müavini təəssüflə bildirib ki, qeysəriyyə əməliyyatlarının sayı artıb: “Biz araşdırdıq ki, bunu daha çox ailələr, qadınlar tələb edir. Guya bu fiqura üçün, rahat doğuş üçün yaxşıdır. Amma bütün bunlar yanlışdır. Sağlamlıq üçün təbii doğuşun həyata keçirilməsini həkimlər məsləhət görməlidir”.

Deputat qız uşaqlarının doğulacağı təqdirdə onun abort edilməsinin çox yanlış bir addım olduğunu qeyd edib: “Bu bizim mentalitetimizə ziddir. Uşağın cinsinə görə əməliyyat aparılması cinayət məsuliyyəti yaradır”.

Sizin Reklam Yeriniz