Əlaqə Arxiv
news Image
2016.10.26
13:37
| A A A
Gecə və səhər bəzi yerlərdə yağış proqnozlaşdırılır

. Bakı və Abşeron yarımadasında oktyabrın 27-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 5-7° isti, gündüz 9-12°, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz