Əlaqə Arxiv
news Image
2016.11.21
16:47
| A A A
Bakıda müəllimlər üçün beynəlxalq seminar keçirildi

Bakıda Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlər üçün beynəlxalq seminar keçirilib.
Movqe.az xəbər verir ki, seminar San Dieqo Dövlət Universiteti və Qlobal Karyera İnistutunun birgə təşkilatçılığı ilə baş tutub.
Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu açılış nitqində bildirib ki, rəhbərlik etdiyi qurum artıq 5 ildir ki, dünyanın müxtəlif ölkələrində təhsil sahəsində mühüm layihələr həyata keçirir: “Ən inkişaf etmiş universitetlər ilə qarşılıqlı əlaqələr yaradaraq, təhsilin inkişafı sahəsində birgə əməkdaşlıq edirik. Əsasən doktorantura proqramlarının idarə olunması, Multikultural Beynəlxalq Yay və Qış Məktəbləri aktual layihələrimizdəndir. Təsadüfi deyil ki, bu il 5-ci Multikultural Qış Məktəbi ölkəmizdə keçiriləcək”, - O.Həsənoğlu belə deyib.
Təlim üçün dəvət olunan San Dieqo Dövlət Universitetinin professorları Amanda Black və Hasan Autman Bakıda onlara göstərilən isti münasibətdən və əhalinin qonaqpərvərliyindən məmnun olduqlarını bildiriblər. Qonaqlar deyib ki, Azərbaycan onların səfər etdiyi 21-ci ölkədir.
Ölkəmiz haqqında o qədər də məlumatları olmayan və burda gördüklərindən çox təəccübləndiklərini bildirən qonaqlar gələcəkdə təhsilin inkişafı ilə bağlı layihələrdə daha çox iştirak etmək istəklərini bildiriblər.
Təlimdə iştirak edən müəllimlər onların təhsil sahəsindəki təcrübələrini öyrənərək gələcəkdə məktəblərdə tətbiq etmənin yollarını müzakirə ediblər.
Professor Black “Təhsildə Müasir İdarəçilik” mövzusunda mühazirəsi ilə təhsil sahəsində baş verən yeni islahatlar barədə geniş məruzə edib.
Professor Hasan Autman isə “Yeni Texnologiyaların Təhsildə Tətbiqi” ilə bağlı mühazirə oxuyub və San Dieqo Dövlət Universitetinin bu sahədəki yeni tədqiqatları və təcrübəsi barədə danışıb.
Müəllimlərin mövzu ilə bağlı sualları cavablandırlıb və təhsillə bağlı müzakirələr davam etdirilib.
Sonda tədbir iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.

Sizin Reklam Yeriniz