news Image
2016.11.29
11:52
| A A A
Xəstəlik aşkarlanan uşaqların sayı açıqlandı

“Bu ilin 9 ayı ərzində respublikada uşaqların 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçib. Onlardan 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib".
Movqe.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib. N. Quliyev bildirib ki, tibbi müayinədən keçən uşaqlar arasında tənəffüs orqanlarının xəstəlikləri və qurd invaziyaları (helmintoz) daha çox aşkar olunur: “Bu xəstəlik əsasən məktəbəqədərdən və məktəbyaşlı uşaqlar arasında özünü göstərir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olur, gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəliklərinə kiçikyaşlı uşaqlarda daha tez-tez rast gəlinir. Bu da uşaq orqanizminin anatomik və fizioloji xüsusiyyətləri ilə izzah olunur. Uşaqlar arasında digər somatik və yoluxucu xəstəliklər də müşahidə olunur".
Baş pediatr deyib ki, hazırda Azərbaycanda 0-18 yaşadək uşaqların sayı 2 588 959 nəfərdir. 

Zülfiyyə QULUYEVA 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs