Əlaqə Arxiv
news Image
2016.11.29
12:57
| A A A
Sabahın havası - paytaxtda buludlu, bölgələrdə yağış, sulu qar

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütünundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam ayrı-ayrı şimal və qərb rayonlarında yağış yağacağı, sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz