Əlaqə Arxiv
news Image
2016.11.29
13:28
| A A A
Azərbaycanda uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb
Baş pediatr: " Yeni meyarlara keçdikdən sonra ölkədə uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb"

Movqe.az xəbər verir ki, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Nəsib Quliyev qeyd edib ki, uşaq ölümü içərisində daha vacibi uşaq doğulandan 1 yaşadək olan ölüm göstəricisidir: "Bu göstərici 1992-93-cü illərdə 29,5 promilli səviyyəsində olub, yəni hər 1000 nəfər diri doğulan uşağın 29,5 nəfəri 1 yaşına çatanadək ölüb. Lakin zaman keçdikcə azalma davam edib və körpə ölümü göstəricisinin 3 dəfəyədək azalmasına nail olunub".

Baş pediatr  bildirib ki, Azərbaycanda 2015-ci ilin yanvarın 1-dən diridoğulmanın yeni meyarları tətbiq edilib. Onun sözlərinə görə, bu meyarlar qüvvəyə minənədək diridoğulma hamiləliyin 28-ci həftəsindən doğulanlara, bədən kütləsi 1 kq-dan çox olanlara aid edilirdi. 28-ci həftədən əvvəl doğulanlar isə "gecikmiş düşük" hesab olunurdu buna görə də,  uşaq kimi qeydiyyata alınmırdı:  "2015-ci il yanvarın 1-dən diridoğulmanın yeni meyarlarının tətbiqi ilə əlaqədar hamiləlyin 22-28 həftəsində baş verən ölüm hadisələrini də artıq uşaq ölümlərinə əlavə edirik. Buna görə də yeni meyarlara keçdikdən sonra ölkədə uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb".

 

Zülfiyyə Quluyeva 

Sizin Reklam Yeriniz