Əlaqə Arxiv
news Image
2016.11.29
16:57
| A A A
Dərsdə qan qusaraq ölən 7 yaşlı qızla bağlı AÇIQLAMA: Xəstə imiş.../FOTO

Lənkəranda 7 yaşlı qızın ölümünün bəzi təfərrüatları məlum olub.

Movqe.az  xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər 7 saylı orta məktəbin II sinif şagirdi Xədicə Ramin qızı Ağayevanın bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Məlumata görə, noyabrın 28-də dərsdə halı pisləşən qızın vəziyyəti barədə həmin tədris müəssisəsində çalışan anası Nərgiz Ağayevaya xəbər verilib.

Uşağın atası Ramin Ağayev də məktəbə gedib və azyaşlı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. 

Həkimlərin müayinəsindən və ilkin tibbi yardımdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir müddət sonra Xədicə Ağayevanın vəziyyəti yenidən pisləşib və orada keçinib.

Lənkəran MRX-dan verilən məlumata görə, Xədicə Ağayeva 7 aylıq doğulub. Körpəlikdən epilepsiya, şəkər, ağciyər ödümü, ensepolipatiya kimi xəstəliklərdən əziyyət çəkib.

Azyaşlı bu gün torpağa tapşırılıb.

Sizin Reklam Yeriniz