Əlaqə Arxiv
news Image
2016.11.29
17:42
| A A A
"Multikultralizm və Tolerantlıq Diyarı Azərbaycan" layihəsi görkəmli Azərbaycan təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi ictimaiyyətə təqdim olunub

Bu gün "Multikultralizm ili" çərçivəsində həyata keçirilən  "Multikultralizm və Tolerantlıq Diyarı Azərbaycan" layihəsi görkəmli Azərbaycan təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi ictimaiyyətə təqdim olunub. Movqe.az-ın xəbərinə görə,  "Multikultralizm və Tolerantlıq Diyarı Azərbaycan" layihəsi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət təşkil olunan sərgi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Beynəlxalq Multikultralizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə  keçirilir.  2016-cı ilin ölkəmizdə "Multikuultralizm İli" elan olunması ilə təsdqi edilmiş "Tədbirlər Planına" uyğun olaraq həyata keçirilən sərgidə, Azərbaycanın xalq rəssamları Salam Salamzadə, Kazım Kazımzadə, Maral Rəhmanzadə, Güllü Mustafayeva, Kamil Xanlarov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Elbəy Rzaquliyev, Cahangir Rüstəmov, Tahir Salahov, Nadir Qasımov, Toğrul Nərimanbəyov, Səlhab Məmmədov, Arif Hüseynov və eyni zamanda əməkdar incəsənət xadimləri Lətif Feyzullayev, Vəcihə Səmədova, Nəcəfqulu İsmayılov, Hafiz Məmmədov, Toğrul Sadıqzadə və Əbdül Xalıq tərəfindən ötən əsrin 50-80-cı illərində yaradılmış, xalqlar dostluğunu tərənnüm edən, özündə multikultral və tolerant dəyərləri ehtiva edən rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Sərgidə, layihənin müəllifi və rəhbəri, sənətşünas  Dilarə Müzəffərli, Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Azərbaycan Dövlət Rəssamlar Akademiyasının rektoru, akademik Ömər Eldarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq Ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, eləcə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin , Azərbaycan Rəssamlar İttifaqının,  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri çıxış ediblər.  Dilarə Müzəffərli çıxışında bildirib ki, "Azərbaycan təsviri sənətində multikultral və tolerant dəyərlər" mövzusunda konfrans və sərgi kataloqunun təqdimatı keçirilir: "Lahiyənin məqsədi bu gün ölkədə dövlət səviyyəsində uğurla davam və inkişaf etdirilən multikultral və tolerant mühitin Azərbaycan rəssamları tərəfindən yaradılan təsviri sənət əsərləri vasitəsilə geniş ictimaiyyətə çatdırılması, Azərbaycanın multikultralizm və tolerantlıq modelinin dünya ölkələrinə nümunə kimi təqdimatı, gənclərə multikultralizm dəyərlərinin aşılanması və toleraltlığın əhəmiyyətinin təqdim olunmasıdır". 
Azərbaycan Dövlət Rəssamlar Akademiyasının rektoru, akademik Ömər Eldarov da tolerantlığı özündə əks etdirən tədbirin əhəmiyyətindən danışıb.  Daha sonra tədbir iştirakçıları tərəfindən  multikultralizmin Azərbaycan xalqının həyat tərzi olduğu vurğulanıb. Qeyd edək ki, sərgi üç gün davam edəcək, sərgiyə giriş sərbəstdir. 

Zülfiyyə Quluyeva

 

Sizin Reklam Yeriniz