Əlaqə Arxiv
news Image
2016.11.30
10:26
| A A A
Ziyalılığ və Yaddaşlardakı Göyüş dayı
(Yazı tanınmış el ağsaqqalı Göyüş Vəliyevin xatirəsinə ithaf olunur)

Gəncliyimdə hesab edirdim ki, ziyalı dediyimiz şəxs yüksək təhsilli və müəyyən bir sahə üzrə ixtisas diplomuna malik bir şəxs olmalıdır.Müəyyən yaş həddinə qədər   beynimdə formalaşmış bu fikirlər həmişə düşüncələrimdə çoxlu suallar yaradırdı.Zamanla o qənaətə gəldim ki,   əsl ziyalılıq heç də fərdi ixtisas diplomları ilə heç də əlaqədar deyilmiş. Ziyalı əslində işıq  saçan, müdrik və uzaqgörən  insanlardır. Həyat  sübut edir ki, bu  insanlar öz  millətinin,  xalqının aydını olurlar, böyük bir çevrənin yol göstərəni, məsləhət verəni , seçilən hörmət sahibləri olurlar.  Heç  vaxt yadımdan çıxmaz Türkiyədə uzun illər Baş nazir vəzifəsində çalışmış “Qara Oğlan” ləqəbli Bülent Ecevitin heç bir ali təhsili yox idi. Amma onun dünya görüşündən  qaynaqlanan  təfəkkür tərzi, Türkiyə dövlətini və dövlətçiliyini milli dəyərlər sistemini  daha yüksək mərtəbələrə yüksəltdi  və dünyaya “Qara Oğlanın” möcüzələri adı altında Dövlət İdarəetmə konsepsiyasını gündəmə gətirdi.Əslində bu möcüzələrin arxasında rəhmətlik Bülent Ecevitin öz üzərində   işləməsi,  əxlaqı , müdrikliyi, uzaqgörənliyi, sevgi dolu həyat eşqi dururdu. Bu baxımdan  ziyalılıq həmçinin insanın özü öz üzərində işləməsi deməkdir.Yəni Peyğəmbərimiz (S.A.S) demişkən “Beşikdən qəbr evinə qədər öyrənmək, öyrənmək, yenə də öyrənmək”. Bütün bunları deməkdə məqsədim odur ki, düşdüyüm çevrə və yaşadığım həyat bir çox hallarda məni istər-istəməz hansısa xarici ölkədə  aldığı  ali təhsilli ilə öyünən şəxslərlə ünsiyyətdə olmağa şərait yaradır.Həqiqətəndə,bəzi hallarda bu çür insanlarla ünsiyyət mənim üçün olduqca can sıxıcı və ya məntiqsiz görünüb...
      Mən şəxsən  o qənaətdəyəm ki, əsl ziyalı olmağ üçün  ilk öncə  insani keyfiyyətlərə malik olmalı və ətrafda baş verənlərə milli şüurun süzgəcindən keçən dəyərlərlər sistemi ilə qiymət verə bilməkdir.Bu sözləri yazarkən , heç vaxt yaddaşımdan silinməyən , Böyük insan , dünyagörüşü ilə həmişə məni heyrətləndirən  Göyüş dayı gözümün önündə canlanır.Göyüş dayı əslən Cəbrayıl rayonun Çərəkəli kəndindən idi və çox zəhmətli, əziyyətli həyat yolu keçmiş idi. Vüqarla yaşadığı ömrünün həyatı  çizgiləri  alnının qırışlarında və yorulmuş gözlərində özünü biruzə verirdi. Həmsöhbət olduğu hər bir insanı ilk öncə  gözünün ucu ilə süzməyi vardı. İstər-istəməz  onunla ünsiyyətdə  olan hər bir kəs, daxili məntiqin ona verdiyi qərarla müdrik bir insanın əhatəsində olduğunu hiss edirdi . Göyüş dayı ilə ilk dəfə görüşəndə mən  qeyri ixtiyarı olaraq məhz bu hissləri keçirmişdim və sözun doğrusu məsuliiyət hissindən nə çür danışacağımı bilmirdim.Rəhmətlik mənim şaşqınlığımı hiss edərək,  bəlağətli oxşayan sözlərlə məni  düşdüyüm vəziyyətdən çıxarmağa çalışdı:
-“ Adıgözəl, oğlum,  mən səni bu qədər gənc təsəvvür etmirdim. Sənin natiqliyin, dünyada baş berən bir çox hadisələrlə bağlı mükəmməl şərhlərin və müəllifi olduğun kitabların həmişə mənim diqqətimi çəkib.Bilirəm  ki, sən  kitablarıınla  mənim kimi bir çox insanlarında rəğbətini qazanmısan...
Beləcə  aramla,  ağayana danışığı ilə,müdrik fikirləri ilə Göyüş dayı həmişə məni öz ziya işığı ilə aydınladır ,   söylədiyi tarixi hadisələrin sanki bir iştirakçısına çevrilirdim. Xüsəsəndə gənclik illərindəki  yadda qalan hadisələri  söyləməyi  və  dövrünün  görkəmli insanları ilə   görüşlərindən danışmağı  çox xoşlayardı . O, öz dövrünü elə dəqiqliklə və səmimi izah edirdiki, uzun illər tədqiqat işləri ilə məşğul olmağıma baxmayaraq,  bu tarixi hadisələr  mənim üçün olduqca maraqlı və yeni idi.
Aramızda yaş fərqinə baxmayaraq çox səmimi dostluğumuz yaranmışdı.Həmişə deyərdi ki, “Adıgözəl  o qədər mənə əzizsən ki,  səni oğlanlarımdan  belə ayıra bilmirəm”.Heç vaxt yadımdan çıxmaz  , Ümummilli liderimiz  Heydər Əliyev haqqında olan “Kremilin Fatehi” sənədli filmində  Böyük Öndərimizin Moskva həyatından bəhs edən tədqiqatlarımla bağlı  müsahibə vermişdim.Film “Azad Azərbaycan” telekanalında efirə verildikdə, ilk mənə zəng edən Göyüş dayı oldu.Doğurdan da rəhmətlik bu filmdə iştirakıma, məndən çox sevinirdi . Göyüş dayı ilə aramızda elə bağlılıq yaranmışdıki, bir gün bir-birimizlə ünsiyyət saxlamadıqda sanki nəyi isə itirmiş kimi hiss edirdim. O,  həmçinin olduqca təvəzökar bir insan idi.Ona görə ki,  dəfələrlə rəhmətliyə bildirirdim ki, siz canlı xəzinəsiniz, tək  mənim yox, bir çox insanların,  sizin kimi ağsaqqalı, fikir adamını  tanımağına böyük ehtiyac var.Sizin haqqınızda yazı qələmə almağ istəyirəm təklifimə,  həmişə təvəzokarlığ nümayiş etdirərk mülayim səslə “yox” deyirdi. Dünyasını dəyişdikdən sonra elə bil məni də həyatımda bir boşluq yarandı.Çünki  atamı erkən itirdiyimdən, ziya işığı saçan,müdrük , ağsaqqal və həmişədə öyüd – nəsihəti dilindən düşməyən  Göyüş dayı ilə mənim aramda bir rühanı bağlılığ yaranmışdı.  Bu gün çətin məqamlarımda ilk öncə qeyri – ixtiyaqri  olarağ  gözüm onu axtarır,  məsləhət almaq istədiyim adam kimi Göyüş dayının   yeri çox görünür...
Bax bu baxımdan , əsl ziyalılıq və müdriklik,  kiminsə harayına  çatmaqdır,  sevincinə - kədərinə şərik olmaqdır, yol göstərməkdir, məsləhət verməkdir, elin- obanın xeyir – şərində iştirak etməkdir və bütün çevrə üçün işiq saçan aydın olmağdır .Məhz  bu qayğını  göstərən  və bu düşüncə tərzinin daşıyıcısı olan insanlar əsl ziyalıdırlar..Bu gün bizim, xeyirxah, gözəl insan, Vətənimiz üçün  dəyərli övladlar yetirmiş Göyüş Vəliyev kimi  ziyalılara böyük  ehtiyacımız var.
Allah ona qəni – qəni rəhmət etsin!

Adıgözəl Məmmədov  - Azərbaycan yazıçılar birliyinin üzvü , Prezident mükafatçısı

 

Sizin Reklam Yeriniz