Əlaqə Arxiv
news Image
2016.11.30
12:58
| A A A
Almaniyanın səfiri Aqrar Universitetdə olub

Respublikamızda kənd təsərrüfatının elmi əsaslar üzrə inkişafı, yüksək ixtisaslı kadrlar hazırlanması sahəsində yeganə və ən qocaman təhsil ocaqlarından olan Azərbaycan Dövlət Aqrar Universiteti bu gün müasir Avropanın elm və təhsil məkanına inteqrasiya etməklə müəllim və tələbə mübadiləsinə nail olmağı, elmin qarşılıqlı maraq doğuran sahələrində əməkdaşlıq etməyi, Avropa Birliyinin və dünyanın elm və təhsilə ayırdığı qrantları qazanmağı, beynəlxalq layihə və proqramların, simpozium və zirvə toplantılarının iştirakçısı olmağı konkret vəzifə kimi öz qarşısına qoyub.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, strateji fəaliyyət proqramı artıq səmərəli nəticələrini verməkdədir. Aqrar Universitet xarici ölkələrin 40-dan artıq tanınan universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına nail olub. Türkiyə, Rusiya, Almaniya, ABS, Avstriya, Norveç, Macarıstan, Ukrayna, Belarus, Niderland Krallığı, Gürcüstan, İsveçrə, Serbiya elm və tədris sahəsində zəngin təcrübəsi olan, Avropa elm və təhsilinə müvəffəqiyyətlə inteqrasiya edən və sair ölkələr artıq əməkdaşlıq edilən dövlətlər siyahısına daxildir.
Almaniya Federativ Respublikası ilə də əlaqələr çox normal səviyyədə inkişaf edir və müsbət nəticələr verir. Avropa elm və təhsil sisteminə sürətlə inteqrasiya da elə bu əlaqələrdən yaranır.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab ADAU-ya səfəri də deyilənlərin təsdiqidir.  Təhsil müəssisənin rektoru , professor,  AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla görüşdə mövcud əlaqələr təhlil edilib və daha nələri etməyin mümkülüyü nəzərdən keçirilib.

 Sonra universitetin Alman Mərkəzində menecment (alman proqramı) ixtisası üzrə təhsilalan tələbələr və məzunlarla  görüş olub. Məzunlar təhsil aldıqları proqramın, habelə Almaniyanın fermer təsərrüfatlarında keçdikləri təcrübənin əhəmiyyətindən, tələbələr isə universitetdə hərtərəfli təhsil üçün yaradılan şəraitdən danışıblar.

 

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz