Əlaqə Arxiv
news Image
2016.11.30
13:32
| A A A
Ata Əməkdar, oğul Əməkdar

Hikmət Yaqubov 1972-ci ildə Masallı rayonunun Yeddioymaqda anadan olub. 1989 - cu ildə rayondakı Kalinovka kənd benəlmiləl məktəbini qurtarıb. 1994 - cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetind ə təhsil alıb. 2008 ci-ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 

1995-ci ildə ümummilli lider Heydər Əliyev barədə çəkilən “Böyük ömrün anları” üç hissəli sənədli filmin rejissorudur.
Gənc rejissor bundan sonra 1996-cı ildə “ Azərbaycan ”, 1998-ci ildə isə nəhəng   Bakı-Tbilisi-Ceyhan   neft kəməri haqqında lentə alınan “Üç Dəniz Əfsanəsi” sənədli filmlərinə quruluş verib.
2000-ci ildə “Səhər”, 2006-cı ildə idman redaksiyasının baş rejissoru təyin edilib. 2009-cu ildə “İdman” telekanalının baş rejissoru, 2010-cu ildə “ Səs”   İnformasiya   Agentliyində (“SİA”) çalışıb. 2013-cü ilin sentyabr ayında İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” yaradıcılıq birliyinin direktoru təyin edilib. Bu ilin avqust ayından isə Azərbaycan Televiziyası və Radiosu (“AzTV”) Qapalı Səhmdar Cəmiyyətinin bədii rəhbəridir. 
Bir sıra mükafatlar sahibidir. Ölkə başçısının 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə televiziya və radio işçilərinə fəxri adlar alanlar sırasında həmyerlimiz Hikmət Yaqubov da var. O, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. O deyir ki, ulu öndər bütün dövrlərdə Azərbaycan televiziyasına  böyük qayğı göstərib. Hazırda bu qayğı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Jurnalistlərin evlə təmin olunması, televiziyaların maddi-texniki bazasının gücləndirilməsi ölkədə KİV-lərə göstərilən diqqətin bariz nümunəsidir. 24 ildir televiziya sahəsində çalışıram. Fəaliyyətimi daha da inkişaf etidirib, bu adı doğrultmağa çalışacağam. Azərbaycan Prezidentinə dərin təşəkkürümü bildirirəm.
Son 10 il ərzində Azərbaycan Televiziyasının güclü inkişaf yolu keçdiyini deyən Əməkdar mədəniyyət işçisi qeyd edib ki, bu inkişaf nəticəsində ölkə televiziyası beynəlxalq arenaya çıxış imkanı qazanıb: “Hər birimiz Avropa Oyunları, Formula-1, Avroviziya, eləcə də Şahmat Olimpiadası dövründə bu uğurların şahidi olduq. Azərbaycan Televiziyası həmin yarışlar dövründə öz öhdəsinə düşən işi layiqincə yerinə yetirdi. Təbii ki, bütün bu uğurlar ölkə başçısının diqqətindən kənarda qalmır”.
Qeyd edək ki, Hikmət müəllimin atası Hacı Əliskəndər Yaqubov Əməkdar kənd təsərrüfatı işçisidir. Uzun illər bu sahədə rəhbər vəzifələrdə çalışıb. İşlədiyi bütün vaxtlarda nümunəvi işçi, bacarıqlı təsərrüfatçı olub. "AZPRESS.az"

Əlihüseyn Şükürov 

Sizin Reklam Yeriniz