Əlaqə Arxiv
news Image
2016.11.30
15:53
| A A A
Metroda qatarda nasazlıq yaranıb - sərnişinlər boşaldılıb

"Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatar hərəkətdə olarkən problem yaranıb:

"30 saylı qatarda nasazlıq baş verib. Sərnişinlər "Nəsimi" stansiyasında qatardan boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur".

 N.Paşayev bildirib ki, stansiyaya yeni qatar göndərilənə qədər intervalda gecikmə yaranıb. Hazırda qatarların hərəkətində interval bərpa edilib.

Sizin Reklam Yeriniz