Əlaqə Arxiv
news Image
2016.12.01
10:17
| A A A
Bu gündən 8 rayonda analoq yayım dayandırılır

Bu gündən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılır. Movqe.az-ın məlumatına görə, dekabrın 1-dən bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək. Analoq yayımın II mərhələdə - 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz